Şriftin ölçüsü :

Saytın rəngi :

AD GÜNÜN MÜBARƏK ŞƏHİDİMİN BALASI, ŞƏHİDİMİN ƏMANƏTİ!!!

07 yanvar 2021 | 16:00

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Yeniabad kəndindən olan şəhidimiz Məmmədov Çingiz İlham oğlunun övladı Elgiz balanın doğum günüdür.

Məmmədov Elgiz Çingiz oğlu 2015-ci ildə dünyaya gəlib.

Bu gün onun günüdür. Şəmkir RİH əməkdaşları doğum günündə şəhid əmanətini evində ziyarət edib, əziz balamızı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, RİH kollektivi və bütün şəmkirlilər adından təbrik ediblər.
Doğum günün mübarək vətən, yurd, şəhid əmanəti!

Sənə xoşbəxt həyat arzulayırıq. Buna daha çox haqqı çatan Sizlərsiniz. Çünki atalarınız canları, qanları ilə Sizlərə bu haqqı qazandırıblar.

Qeyd edək ki, gizir Çingiz Məmmədov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Keçidlər