Şriftin ölçüsü :

Saytın rəngi :

“ŞƏMKİR” QƏZETİNƏ YENİ BAŞ REDAKTOR TƏYİN EDİLDİ

04 yanvar 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyətinin təsis etdiyi “Şəmkir” qəzetinə yeni baş redaktor təyin edilib.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Əliyev Tural Məhərrəm oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin təsisçisi olduğu “Şəmkir” qəzetinə baş redaktor vəzifəsinə təyin edilib.

Tural Əliyev 04 noyabr 1981-ci ildə Şəmkir rayon Dəllər-Cəyir kəndində dünyaya gəlib. Azərbaycan Texnalogiya Universitetinin İqtisadiyyat və idarəetmə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib.

T.Əliyev daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında baş mütəxəssis vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Tural Əliyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər