Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ ABİDƏ KOMLEKSİ TİKİLİR

23 dekabr 2020 | 16:00

Şəmkir rayonunda Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən möhtəşəm abidə kompleksinin tikintisinə start verilib.

Hündürlüyü 7.6 metr olacaq nəfis görünüşə malik abidə komleksi Şəmkir şəhərində yerləşən Şəhidlər Xiyabanında 8 guşəli ulduz təsvirinin üzərində ucaldılacaq.

Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə, Aprel Zəfərində canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin, itkin düşmüş qəhrəmanlarımızın adları həkk olunacaq. Həmçinin abidə komleksində Qarabağ savaşı haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yazılacaq.

Şəhidlər Abidə komleksinin arxa hissəsində isə səkkiz ədəd zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanacaq.

QEYD: Əziz izləyicilərimiz, sizin də Abidə Kompleksi barədə hər hansı bir fikiriniz varsa, şərh bölümündə bu haqda yaza bilərsiniz.

Keçidlər