Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ KÖNÜLLÜLƏR KÜMÇÜLƏRƏ DƏSTƏK NÜMAYİŞ ETDİRİBLƏR

17 iyun 2020 | 16:00

Könüllülük cəmiyyət üçün böyük bir dəyərdir. Bu dəyər insanları vahid niyyət ətrafında birləşdirir. Vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin çox uğurlu formatı kimi özünü doğruldur. Könüllülük həm də vətənpərvərlik məktəbidir. Öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri və Şəmkir DAİM-in Aqrar İnkişaf Könüllüləri bu dəfə aqrar sahədə könüllü dəstəyi nümayiş etdiriblər. Belə ki könüllülər Şəmkir rayon ərazisində fəaliyyət göstərən kümçülərə barama yığımında dəstək olublar.

Göstərilən xidmət gənclərin arqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş etdirmək, bu sahədə praktiki bacarıqlarını artırmaq və cəmiyyətin diqqətini aqrar sahəyə yönəltmək məqsədi daşıyır.

Qeyd edək ki artıq bir necə ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri bu sahəyə də maraq göstərir, baramaçılığın sirlərini öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar. Sahə ilə bağlı dövlətin dəstəyini hər an hiss edən kümçülər barama istehsalını artırır, ailələrinin dolanışığını təmin edirlər.

Keçidlər