Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ BARAMAÇILIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIR

22 may 2020 | 16:00

Ölkəmizdə baramaçılığın inkişafı şəmkirli kümçülərin də bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev və Ərazi idarəetmə və yerli özün idarəetmə şöbəsinin müdiri Rasim Mustafayev Zəyəm qəsəbəsi, Düyərli, Sabirkənd, Sarıtəpə, Bayrmalı kəndlərində yerləşən kümxanalara baxış keçirib.

Kümçülərlə səmimi söhbət edən rayon rəsmisi bildirib ki, bu gün Şəmkirdə baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var: “İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəmkir rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir”.

Vurğulanıb ki, baramaçılıq ən gəlirli sahələrdən biridir və gələcəkdə gənc ailələrin bu işə cəlb edilməsi üçün təkliflər hazırlanacaq.

 

Keçidlər