Şriftin ölçüsü :

Saytın rəngi :

TƏLƏBLƏR

31 mart 2020 | 16:00

TƏLƏBLƏR

Müvafiq ərazilərdə təmizlik və dezinfeksiya işləri xüsusi karantin rejimi dövrü bitənədək aşağıdakı tələblərə riayət edilməklə aparılmalıdır:

1. Açıq ərazilər gündə 1 dəfə təmizlənməli, hər iki gündə bir dəfə dezinfeksiya edilməlidir:
- avtomobil yolları, səkilər;
- körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri, avtomobil dayanacaqları;
- parklar.

2. Yaşayış və qeyri-yaşayış binaları:

- girəcəklər, pilləkən qəfəsələri, liftlər, yeraltı avtomobil dayanacaqları, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir;

- tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər gündə ən azı 1 dəfə, həftədə 2 dəfə isə dezinfeksiyaedici maddə ilə təmizlənməlidir.

3. Fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə ümumi istifadədə olan ərazilər, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər hər gün təmizlənməli və dezinfeksiya edilməlidir.

4. Bütün ödəniş terminalları, bankomatlar hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

5. Sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqları, dayanacaqlarının oturacaqları hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

6. Məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı qabları gündə 1 dəfə təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir.

7. Epidemiya aşkarlanmış ərazilərdə təmizlik işləri 2-4 saatda bir dəfədən, dezinfeksiya işləri isə həftədə 2 dəfədən az olmayaraq aparılmalıdır.

8. İctimai yerlərdə istifadə olunan bütün əşyalar, qurğular fərqli vasitələrlə təmizlənməli və dezinfeksiya edilməlidir.

9. Bütün təmizlik işləri aşağıdakı qaydada aparılmalıdır:

- təmizlik işləri daha təmiz ərazidən başlanmalı və çirkli əraziyə doğru davam etdirilməlidir;
- təmizlik məqsədilə ümumi təyinatlı maye qələvi yuyucu vasitələrdən istifadə edilməlidir;
- işçilər əlcək və digər qoruyucu vasitələrlə təmin olunmalıdır;
- istifadə olunmuş əlcəklər təmiz yuyulmalı və qurudulmalıdır;
- yarasız hala düşmüş və ya zədələnmiş əlcəklər yeniləri ilə əvəz olunmalıdır;
- təmizlik işləri bitdikdən sonra istifadə olunan avadanlıqlar təmizlənməlidir;
- məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı qutularına nəzarət edilməli və onların tam dolmaması üçün boşaldılaraq daşınması təmin edilməlidir.

10. Təmizlik və dezinfeksiya işlərindən sonra əllər və biləklər su və sabunla 20 saniyədən az olmayan müddətdə yuyulmalıdır.

Keçidlər