Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH-DƏ KÖNÜLLÜ OLDU, İCRA HAKİMİYYƏTİNDƏ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU

11 mart 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Ələsgərov Mafəddin Rafail Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

M.Ələsgərov 18 may 1993-cü ildə Şəmkir şəhərində dünyaya gəlib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsini bitirib.
Daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında könüllü, Şəmkir RİH başçısının Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib kimi fəaliyyət göstərib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Mafədiin Ələsgərovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər