Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olundu

06 mart 2020 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar və rayonda yaşayan azsaylı xalqların nümayəndələri iştirak ediblər.

Bayram tədbirində çıxış edən Alimpaşa Məmmədov bildirdi ki, Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub.

İcra başçısı bildirib ki, müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verdiyini deyən Alimpaşa Məmmədov vurğulayıb ki, Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur: «Bu gün qadınlar ölkəmizdə ən yüksək vəzifələrdə çalışırlar. Fəxrlə deyə bilərik ki, Azərbaycanın birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.

Tədbirin sonunda Şəmkir rayonunun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlara icra başçısının “Fəxri Fərman”ı, bir qurup fəal xanımlara isə hədiyyələr təqdim olunub.

Keçidlər