Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRİN İKİ GÜLƏŞÇİSİ RESPUBLİKA ÇEMPİONU, BİRİ İSƏ BÜRÜNC MÜKAFATÇI OLDU

05 mart 2020 | 16:00

Turnirdə iştirak edən şəmkir idmançıları yarışda uğurlu nəticə qazanıblar.

Belə ki, məşqçi müəllim Elçin Həsənovun tələbələrindən 110 kq-da Ayxan Mərdanov və 92 kq-da Məzaim Mərdanov turniri qızıl medalla başa vurublar.

51 kq-da isə İlqar Quliyev bürünc medalı boynundan asıb.

Bütün rəqiblərində qalib gələn Mərdanov qardaşları və bürünc mükafatçımız İ.Quliyev bu qələbə ilə daha mötəbər turnirlərə vəsiqə əldə ediblər.

Qeyd edək ki, turnirdə ümumilikdə 178 idmançı birincilik uğrunda mübarizə aparıb.

ŞƏMKİRİN İKİ GÜLƏŞÇİSİ RESPUBLİKA ÇEMPİONU, BİRİ İSƏ BÜRÜNC MÜKAFATÇI OLDU

Keçidlər