Şriftin ölçüsü :

Saytın rəngi :

TÜRKİYƏNİN DAHA BİR ŞƏHƏRİNDƏ ŞƏMKİRLİ GƏNCLƏR XOCALI SOYQIRIMINI ANDILAR

27 fevral 2020 | 16:00

Türkiyənin Nevşehir Hacı Bektaş Vali Universitetində təhsil alan şəmkirli tələbələr Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə Azərbaycan Milli Elimlər Akademiyasının Tarix institutunun üzvü, professor Vaqif Abbasov da iştirak edib.

Həmyerlilərimiz tədbirdə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün təhsil aldıqların universitetdə olan xarici tələbələrin də iştirakı ilə tarixi faktlardan danışıb, "Ayrılıq" tamaşasını nümayiş etdiriblər.

Qeyd edək ki, səhifəmizə məlumatı Nevşehir Hacı Bektaş Vali Universitetində təhsil alan şəmkirli tələbə Rəşad Sabirli göndərib.

Belə vətənpərvər addımlarına, ölkəmizi layiqli təmsil etdiklərinə görə Şəmkir Rayon İcra Hakimiyyəti adından gənclərimizə təşəkkür edir, təhsillərində uğurlar arzulayırıq!

Keçidlər