Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR MƏKTƏBLİLƏRİ XOCALILARI ZİYARƏT EDİB

26 fevral 2020 | 16:00

Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin şagirdləri Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb.

Görüş zamanı Xocalı və Şəmkir məktəbliləri xalqımıza qarşı törədilmiş soyqrıma həsr olunmuş şeir, mahnı və kompozisiyalar təqdim ediblər.

Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Şəmkir Rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov və Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin direktoru Rahilə Qurbanova çıxış edərək Xocalı faciəsinin baş vermə səbələri, o dövrdə baş verən hadisələr və soyqrımın nəticələri barədə, eləcə də Xocalının qəhrəman oğullarının göstərdikləri şücaət barədə danışıblar.

Sonda Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xacalı abidəsi ziyarət edili, abidə önünə tər çiçək dəstələri düzülüb

Keçidlər