Şriftin ölçüsü :

Saytın rəngi :

"Tanışlıq və iş üçün SƏFƏR" - ŞƏRQ ULDUZU MMC-də

28 yanvar 2020 | 16:00

Gənclərə karyeralarını qurmaqda faydalı ola biləcək "Tanışlıq və iş üçün SƏFƏR" layihəsinin növbəti dayanacağı "Şərq Ulduzu" MMC olub.

Bildiyiniz kimi, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər üçün təlimlər, klublar, öyrədici kurslarla yanaşı, həm də onlara karyeralarını qurmaqda gərəkli olan işi tapmaqda dəstək göstərir.

Gənclər mütəmadi olaraq Şəmkir və ona yaxın ərazidə fəaliyyət göstərən böyük zavod, idarə və müəssisələrə səfərləri baş tutur, səfər zamanı mövcud iş şəraiti və uyğun vakansiyalarla tanış olular.

Bu dəfə gənc könüllülər və Mərkəz əməkdaşları birgə "Şərq Ulduzu" MMC-də olublar. Azərbaycanın inkişafda olan şərabçılıq təsərrüfatında Şərq Ulduzu məhdud məsuliyyətli cəmiyyət özünəməxsus yerə malikdir. 2002-ci ildə təməli qoyulan şirkətin pilləli şəkildə həyata keçirdiyi biznes plan Azərbaycan şərabçılığında nəhəng layihələrdən biridir.

Alman layihəsi əsasında qurulmuş zavodda montaj və quraşdırma işləri Almaniyanın GWEİN şirkəti tərəfindən aparılmışdır. Emal sexində quraşdırılmış Fransanın BUCHER VASLIN şirkətinin istehsalı olan daraqayıran və xırdalayıcının istehsal gücü saatda 40 tondur.

Səfər çərçivəsində gənclər zavodda yaradılmış muzeylə də tanış olublar.

Qeyd edək ki, hazırda zavodda rus və ingilis dillərində orta biliyi olan, ali təhsilli gənc kadrlara ehtiyac var. Bununla yanaşı zavoda şərabçı və elektirik ixtisası üzrə ali təhsil almış gənclər də iş üçün müraciət edə bilərlər.

Keçidlər