Şriftin ölçüsü :

Saytın rəngi :

2019-CU İLİN ƏN FƏALLARI VƏ QALİBLƏRİ ONLARDIR

28 dekabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə möhtəşəm karnaval keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsində şəmkirlilərin seçimi və münsiflər heyətinin qərarı ilə aşağdakı nominasiyaların qalibləri mükafatlandırılıb.

Mükafatları qaliblərə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov təqdim edib.

İLİN QALİBLƏRİ

1. “İlin Gənci" - 2019-cu ildə İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında erməni dimançını məlub edib bürünc medal qazanan Zirəddin Bayramov
2. “İlin İdmançısı”- Taekvando üzrə Respublika Çempionu, beynəlxalq yarışların mükafatçısı Nihat Vəliyev
3. “ İlin Mədəniyyət işçisi” – Maşallah Dünyamalıyev
4. “İlin Həkimi” – Kamal Kərimov
5. “ Vətəndaşların Problemlərini Ən Operativ Həll Edən İlin təşkilatı”- Şəmkir Elektrik Şəbəkəsi (Samir Rəsulzadə)
6. “ İlin Mətbuat Orqanı” – azxeber.com
7. “ İlin Sahibkarı” – Zəkulla Abbasov
8. “İlin Müəllimi”- Aysel Əlizadə
9. "İlin Gənclər Təşkiltı" - Şəmkir "Gənc Xeyriyyəçilər Birliyi"
10. “İlin Ən Yaxşı Məktəbəqədər Təhsil İşçisi” - Kəmalə Rüstəmova

Keçidlər