Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yeni rəis təyin edilib.

21 dekabr 2019 | 16:00

Belə ki, Kənd Təsərrüfatı Naziri İnam Kərimovun müfaiq əmrinə əsasən Əzizov Rəşad Səmənd oğlu Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə rəis təyin edilib.

Qeyd edək ki, Rəşad Əzizov bundan öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev DAİM-a yeni təyin edilmiş rəisi kollektivə təqdim edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Rəşad Əzizovu təbrik edir, yeni işində uğurlar arzulayırıq.

Keçidlər