Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “açıq mikrofon” təşkil etdi - FOTOLAR

11 dekabr 2019 | 16:00

Xəbər verdiyimiz kimi, bu gün Şəmkir şəhərində yeni yol açılışı keçirilib.

Açılış mərasimindən sonra Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Şəmkir şəhərində sakinlərlə açıq görüş keçirilib.

“Açıq mikrofon” şəraitində baş tutan tədbirdə 100-dən çox sakin iştirak edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və digər rəhbər şəxslər sakinlərin müraciətlərini qəbul ediblər.

İcra başçısı A.Məmmədov açılış nitqi ilə çıxış edərək bildirib ki, prezident Cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşların problemlərinin canlı dinlənilməsi üçün belə görüşlər həyata keçirilir: “Bu gün bu məhəllədə görüşməyimizin məqsədi həm qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl ilə əlaqadar sizi təbrik etmək, sizə cansağlığı arzulamaq, eyni zamanda sizin qaldıracağınız məsələləri dinləməkdir. Bu küçədə yeni yolun açılışını etdik. Bundan başqa şəhərimizdə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılıb, istirahət guşələri, idman atraksionları quraşdırılıb. Bu işlər Cənab Prezidentin siz Şəmkirlilərə hədiyyəsidir”.

Daha sonra “Açıq mikrofon” qarşısına keçən sakinlər sosial məsələlərlə bağlı çatışmazlıqları diqqətə çatdırıblar. İcra başçısının yerində tapşırığı ilə rayonun müvafiq qurumlarının rəhbərləri məsələləri diqqətə götürüb və yaxın günlərdə həll ediləcəyi qeyd olunub.

Sakinlər həmçinin “Açıq mikrofon”da çıxış edərək rayonda aparılan abadlıq işlərinə görə Cənab İlham Əliyevə təşəkkürlərini çatdırıblar.

 

Keçidlər