Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİR GƏNC XEYRİYYƏÇİLƏR BİRLİYİ" AZTƏMİNATLI AİLƏLƏRƏ NÖVBƏTİ DƏFƏ ƏRZAQ YARDIMI GÖSTƏRİB

09 dekabr 2019 | 16:00

"Şəmkir Gənc Xeyriyyəçilər Birliyi" aztəminatlı ailələrə ərzaq yardımını davam etdirir.

"Şəmkir Gənc Xeyriyyəçilər Birliyi"nin təşəbbüsü ilə həyata keçirilən nəcib aksiya bu dəfə Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin xeyriyyə anbarında keçirilib.

Aksiyada birliyin üzvləri və mərkəzin gənc könüllüləri fəal iştirak ediblər. Ümumilikdə 65 ailə üçün təqdim edilən lazımı ərzaq payı gün ərzində ailələrə çatdırılıb.

Birliyin bu xeyrixah aksiyasında iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gənclərin fəaliyyətini yüksək qiymətləndirərək onlara bu cür aksiyaların davamlı olması üçün hər zaman birlik nümayiş etdirmələrini tövsiyə edi.

Keçidlər