Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ŞƏHİDLƏRİN ABİDƏ KOMLEKSİNİ ZİYARƏT EDİB

06 noyabr 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qapanlı kəndində sakinlərlə görüşüb.

Görüşdən əvvəl icra başçısı Qapanlı kəndindən olan ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov və xatirələri əbədiləşdirilən Qarabağ müharibəsi şəhidləri Verdiyev Haqverdi Camal oğlu, Hüseynov Səhman Musa oğlu, Səmədov Zaur Məzahir oğlu, Muradov Məhəmməd Şaban oğlu və Əliyev Əbülfət Afdandil oğlunun abidə kompleksini ziyarət edərək, önünə tər çiçək dəstələri qoyub.

Keçidlər