Şriftin ölçüsü :

Saytın rəngi :

5 MİN ŞƏMKİR GƏNCİ BİR ARADA - "MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR" MÖHTƏŞƏM BAYRAM TƏDBİRİ

17 oktyabr 2019 | 16:00

Şəmkirdə 18 oktyabr Azərbaycan Respublikasının “Müstəqillik günü”nə həsr olunmuş tədbirlər planına əsasən möhtəşəm bayram tədbiri keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərlərinin də iştirakı ilə şəhərin müxtəlif istiqamətlərindən gələn 5 minə yaxın gənc Ulu Öndər Heydər Əliyevin abidəsi önündə toplanaraq Bayraq Meydanına yürüş edib.

Yürüş iştirakçıları “Müstəqilliyimiz əbədidir, dönməzdir”, “Yaşasın müstəqil Azərbaycan” və “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarları ilə 3 km məsafəni qət edərək Dövlət bayrağı meydanına gəlmiş, meydanda isə Müstəqilliyimiz Əbədidir flaşmobu göstəriblər.

Tədbir musiqili və əyləncəli proqramla davam etdirilib.

 

Keçidlər