Şriftin ölçüsü :

Saytın rəngi :

Bu dəfə Düyərli məktəbliləri "Səyyar Gənclər Xidməti" ilə əyləndilər

02 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsinin novbəti mərhələsi Düyərli kəndində baş tutub.

Böyük Yol İctimai Birliyinin tərkibində fəaliyyət göstərən "Gənc Müəllimlər Birliyi", "Gənc Həkimlər Birliyi", "Gənc Tərbiyəçilər Birliyi" və "Gənclərin Mədəni İnkişafı Birliyi" də layihədə fəal iştirak ediblər.

Layihə çərçivəsində gənclərə səyyar kitabxana və tibbi müayinə xidmətləri göstərilib.

Həmçinin gənclərin iştirakı ilə intellektual və idman oyunları, eyni zamanda əyləncəli-musiqili proqram həyata keçirilib.

Sonda fəal gənclər sertifaktlarla təltif ediliblər

 

Keçidlər