Şriftin ölçüsü :

Saytın rəngi :

SON İKİ AYDA 21 NƏFƏR KÖNÜLLÜDƏN 6-SI İŞLƏ TƏMİN EDİLİB

24 sentyabr 2019 | 16:00

Şəmkir rayonunda iki aylıq könüllülük fəaliyyətini başa çatdıran bir qrup gəncə müvafiq sertifikat təqdim olunub.

Şəmkir Gənclər Mərkəzində keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

İcra başçısı ölkəmizdə könüllülüyün milli dəyələrimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir.

İcra başçısı bildirib ki, könüllü fəaliyyət göstərməklə gənclərimiz müxtəlif sahələrdə insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər.

İcra başçısı könüllülük fəaliyyətinin uğurla başa çatdıran gəncləri təbrik edib, onlara təhsildə və gələcək karyeralarında yeni nailiyyətlər arzulayıb.

Tədbirdə çıxış edən könüllülər gənclərin hərtərəfli inkişafına dövlət qayğısını yüksək dəyərləndirib. İcra Hakimiyyəti tərəfindən onlara yaradılan şəraitə və göstərilən etimada görə minnətdarlıq bildirib, qazandıqları təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda 21 nəfər könüllülərə sertifikat təqdim edilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Şəmkir rayonunda könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Sertifikat verilən könüllülərdən 6 nəfər işlə təmin edilib. Hazırda isə 21 nəfər gənc könüllü fəaliyyət göstərir.

Keçidlər