Şriftin ölçüsü :

Saytın rəngi :

"GƏNC HƏKİMLƏR BİRLİYİ " İORDANİYALI YENİ ÜZVÜ İLƏ ATABƏYDƏ PULSUZ MÜAYİNƏDƏ

31 avqust 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə ilk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi” qısa zaman ərzində şəmkirlilərin rəğbətini qazanıb, pasientlərinin sevimlisinə çevrilib.

Rayonun gənc sağlamlıq keçikçiləri tərəfindən könüllü təşkil olunan birlik, bu gün Atabəy kəndində sünnət aksiyası, pulsuz tibbi müayinə həyata keçiriblər.

Belə ki, kəndin sakinləri, xüsusilə də aztəminatlı ailələrin müayinəyə axımı sağlamlığın birliyə olan inamın, sevginin bariz nümunəsidir. Bu gün kənddə həkimə ehtiyacı olan hər kəs orada idi. Hətta onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə minnətdarlıqlarını bildirmək üçün gələnlər də az deyildi.

Birlik üzvləri ucqar dağ kəndi olan Atabəydə kəndində 97 nəfər sakinin pulsuz tibbi müayinəsini həyata keçirib, bir nəfəri isə təmənnasız əməliyyat üçün Şəmkir Mərkəzi Xəstəxanasına dəvət ediblər.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Müayinədə ilk dəfə birliyin yeni üzvü İordaniyalı həkim-terapevt Abdul Rahman Soruorda iştirak edib.

Keçidlər