Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman nazirinin müavini Şəmkirdə vətəndaşları qəbul edib

23 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov Şəmkir vətəndaşlarının qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və İsmayıl İsmayılov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Daha sonra nazir müavini Şəmkir Gənclər Mərkəzində vətəndaşların müraciət və təklifi dinləyib.

Nazir müvini İsmayıl İsmayılov tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Keçidlər