Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI QALİB İDMANÇILARLA GÖRÜŞÜB

29 iyun 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Çerliding idman gimnastikası üzrə Respublika çempionatında uğur qazanmış şəmkirli idmançılar və onların məşqçisi Xalidə Əliyevanı qəbul edib.

İdmançılarımızı qazanılmış qələbələr münasibətilə təbrik edən icra başçısı bildirib ki, Prezident Cənab İlham Əliyevin idmançılara xüsusi qayğı ilə yanaşması, müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin tikilməsi idmançılarımızın Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qələbələr qazanmasına zəmin yaradır. Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir idman infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır: “Sevindirici haldır ki, son zamanlar Şəmkir idmançıları da bizi uğurları ilə qürurlandırır və ölkəmizin bayrağını yüksəklərdə dalğalandırırlar”.

Çıxış edən çerlidigçilərin məşqçi müəllimi Xalidə Əliyeva idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Çerliding üzrə Respublika çempionatında qalib gəlmiş idmançılara və onların məşqçisinə rayon rəhbərliyi adından hədiyyələr təqdim olunub.

Keçidlər