Şriftin ölçüsü :

Saytın rəngi :

ÇİNARLI QƏSƏBƏSİNƏ YENİ TƏYİNAT OLUB

04 may 2019 | 16:00

Şəmkir rayon Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsi Kərim Rəhimova həvalə olunub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Rəhimov Kərim Adil oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsinə təyin edilib.

Kərim Rəhimov 15 may 1975-ci ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Kərim Rəhimovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər