Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə DTX əməkdaşlarının peşə bayramı qeyd olunub

28 mart 2019 | 16:00

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şəmkir Rayon şöbəsinin şəxsi heyəti bu gün peşə bayramlarını qeyd ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, DTX-nin Şəmkir rayon Şöbəsinin rəhbər heyəti, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə əklil qoymuşlar.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib.

İcra başçısı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görmüşdür.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən icra başçısı, Ulu Öndərin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd etmişdir.

Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından Dövlət Təhlükəsizlik Xidmətinin Əməkdaşlarıpnı peşə bayramları münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

Keçidlər