Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: Füzuli məktəbliləri intellektual oyunda birinci olublar

26 mart 2019 | 16:00

Ötən dörd gündə “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Şəmkir rayonu ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə, istehsal müəssisələrinə ekskursiya edən məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib.

Şəmkir Gənclər Mərkəzində təşkil edilən oyunda məktəblilər biliklərini nümayiş etdiriblər.

Yarış gərgin mübarizə şəraitində keçib. Oyunun nəticələrinə görə Füzuli məktəbliləri 1-ci, İmişli şagirdləri 2-ci, İsmayıllı komandası isə 3-cü yerə layiq görülüb.

Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub.

Keçidlər