Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Fənn Olimpiyadasının və "Əlaçı"nın qalibi Zaqatala məktəblisi

15 mart 2019 | 16:00

Xəbə verdiyimiz kimi "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində 6 rayonun məktəbliləri Şəmkir rayonuna səfər ediblər.

Rayonumuza səfər edən məktəblər arasında Zaqatalalı şagirdlər də olub.

“Ölkəmizi Tanıyaq” layihəsinin iştirakçıları ilə görüşən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məktəblilərlə tək-tək şəkil çəkdirib, onlarla səmimi söhbət edib.

Zaqatalalı şagirdlərdən biri icra başçısına yaxınlaşaraq öz uğurlarından da danışıb.

Belə ki, Zaqatala rayon Mamruq kənd orta məktəbinin 10-cu sinif şagirdi Musayev Musa Bədrəddin oğlu 2018-ci ildə Respublika Fənn Olimpiyadasında tarix fənni üzrə qızıl medal qazanıb.

Eyni zamanda 2019-cu ildə “Əlaçı” İntelektual televiziya oyununun qalibi olub.

İcra başçısına sevinclə uğurlarından danışan Musa Musayev sonda Alimpaşa Məmmədovla xatirə şəkili çəkdirib.

Keçidlər