Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkirlilərə xidmət etmək mənim üçün şərəfdir" - Şiştəpədə 127 nəfər sakinin müraciəti dinlənilib

13 mart 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Alimpaşa Məmmədovun vətəndaşları Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan icra başçısı bu gün Şiştəpə kəndində 127 nəfər sakinin müraciətini dinləyib.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir: “Sizlərə xidmət etməkdən də şərəf duyuruq”.

Sakinlər də icra başçısına Şəmkirin bütün kənd və qəsəbələrinə olduğu kimi, Şiştəpə kənd sakinlərinin problemlərinə də xüsusi diqqətlə yanaşdığına görə təşəkkür ediblər. Kənd ağsaqqalları Cənab Prezident İlham Əliyevin xalqımıza olan sevgi və qayğısına görə minnətdarlıqlarını çatdırıblar.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, içməli su, mübahisəli torpaq məsələsi barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər