Şriftin ölçüsü :

Saytın rəngi :

ÖTƏN İL 120 MİN TONA YAXIN POMİDOR İSTEHSAL OLUNUB

06 mart 2019 | 16:00

Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, kiçik və ya ortahəcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib.

İlin bütün fəsillərində süfrəmizi təzə tərəvəzlə təmin etmək üçün dünyanın ən son nəsil istixanalarından istifadə olunur.

Günün həqiqəti budur ki, bu gün Şəmkirdə ən gəlirli sahələrdən birinə çevrilən istilikxanalar hesabına faraş tərəvəz bolluğu təmin olunub.

2018-ci ildə Şəmkir rayonunda 72,31 hektar sahədə yeni istixana tikilib istifadəyə verilmişdir.

Bununlada rayon üzrə istixanaların sahəsi 1022 hektara çatdırılmışdır.

2018-ci ildə Şəmkir rayonu üzrə ümumi olaraq 140 min 158 ton pomidor və xiyar istehsal olunub.

İstehsal olunan məhsulların böyük hissəsi pomidorun payına düşür. Belə ki, Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 116 min 943 ton pomidor, 23 min 215 ton xiyar istehsal olunub.

2018-ci ildə istehsal olunan məhsulların 70%-dən çoxu Rusiya bazarına ixrac edilib.

Keçidlər