Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Gənclər Mərkəzində gənclərlə görüş keçirilib

04 mart 2019 | 16:00

İlk öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev və Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra keçirilən görüşdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsini məsul əməkdaşı Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Şəmkir Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov və Şəmkirdən olan aktiv gənclər və gənc birliklərin üzvləri iştirak ediblər.

Görüşdə çıxış edənlər ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Şəmkirin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıblar. Əldə olunan uğurlara görə Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlıq bildiriblər.

Gənclərlə keçirilən görüşdə yaxın gələcəkdə Gənclər Mərkəzində icra olunacaq fəaliyyət, struktur, gənclərin Mərkəzdə könüllü çalışmaları üçün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə danışılıb.

Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib.

Sonda qonaqlar Gənclər Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

 

Keçidlər