Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI YANINDA İCTİMAİ ŞURANIN İCLASI KEÇİRİLİB

04 fevral 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra hakimiyyəti başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İcra başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə keçirilən iclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və İctimai Şuranın üzvləri iştirak ediblər.


Şura iclası rayon İcra hakimiyyəti başçısının akt zalında keçirilib. Tədbiri giriş sözü ilə açan icra başçısı ilk öncə İctimai Şuranın müzakirəsinə çıxarılan məsələlər barədə ətraflı məlumat verib.

Alimpaşa Məmmədov İctimai Şuranın gördüyü işləri ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə kimi qiymətləndirib.

İcra başçısı bildirib ki, İctimai Şuranın fəaliyyət istiqamətləri arasında ictimai nəzarətlə yanaşı, ictimai iştirakçılıq, ictimai müzakirə, ictimai rəyin öyrənilməsinə də vacib şərtlərdəndir.

Daha sonra İctimai Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

Keçidlər