Şriftin ölçüsü :

Saytın rəngi :

“DOST MƏRKƏZİ” ŞƏMKİRƏ GƏLİR

15 yanvar 2019 | 16:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlər təşkil olunur.

Bu işlərin bir parçası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində işlər aparılır.

“DOST İş Mərkəzi” MMC tərəfindən rayonlar üzrə 68 filial yaradılması nəzərdə tutulub ki, bu fililallardan biri də Şəmkir rayonunda fəaliyyət göstərəcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni yaradılacaq mərkəzdə işin gedişatı ilə tanış olub.

Bildirilib ki, DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edəcək.

Məlumat verilib ki, hazırda DOST mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı, bu xidmətlərin göstərilməsi qaydası da hazırlanır. Mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Hazırda bu xidmətlərin pasportlaşdırılması işləri görülür.

Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilməsi nəzərdə tutulur.

Bundan başqa mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlər həyata keçirilməsi planlaşdırılır.

Sonda "Dost Mərkəzi"nin yeni formalaşan kollektivinə təbrik edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov onlara uğurlar arzulayıb.

Keçidlər