Şriftin ölçüsü :

Saytın rəngi :

İRMAŞLIDA FƏRDİ QƏBUL KEÇİRİLDİ - KƏND AĞSAQQALLARI TƏŞƏKKÜR ÜÇÜN GƏLDİLƏR

09 yanvar 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Vətəndaş amilini ön plana çəkən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayonun müxtəlif kənd və qəsəbələrində olur sakinlərlə görüşür. Bir sözlə icra başçısını günün istənilən saatında sakinlərin yanında görmək mümüknüdür.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün İrmaşlıda kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeçliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.
Sakinlərin yaşadıqları kənddə içməli su ilə bağlı müraciətini diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələnin araşdırılmasını və yerində baxış keçirilməsini bildirib.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 17 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işıq, qaz, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər məsələlər barədə olub.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Fərdi qəbul zamanı İrmaşlı ağsaqqalları görüşə gələrək Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova şəmkirlilərə bu qədər diqqət ayırdığına görə sakinlər təşəkkür ediblər.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.

Keçidlər