Şriftin ölçüsü :

Saytın rəngi :

“İLİN GƏNCİ”NƏ ŞƏMKİR RİH-DƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ

08 yanvar 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.
Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu İbrahimov Kənan Qabil oğludur.

03 iyun 1991-ci ildə Gəncə şəhərində anadan olan Kənan İbrahimov Azərbayca Dillər Universitetinin jurnalistika fakültəsini bitirib, Yeni Azərbaycan Partiyasının üzvüdür.

İbrahimov Kənan Qabil oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Kənan İbrahimov 2017-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsində şəmkirlilərin seçimi və münsiflər heyətinin qərarı ilə “İlin Gənci” seçilib, rayonun fəal gənclərindən biridir.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Kənan İbrahimovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər