Şriftin ölçüsü :

Saytın rəngi :

"2019-CU İLDƏ DƏ ŞƏMKİRİN İNKİŞAFI ÜÇÜN GECƏ-GÜNDÜZ ÇALIŞACAĞIQ" - ALİMPAŞA MƏMMƏDOV MÜŞAVİRƏDƏ CİDDİ TAPŞIRIQLAR VERDİ

03 yanvar 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şəmkir Rayon Şöbəsinin rəisi Müşviq Mürsəlov, rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları,İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib, 2018-ci ildə rayonun sosial-iqtisadi, mədəni və digər sahələrində əldə edilən uğurlardan danışıb.

Rayon İcra Hakimiyyətinin başçısı sədirliyi ilə keçirilən müşavirədə iclasın gündəliyinə daxil edilən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə təsarrüfatbaşına kitabların electron qaydada işlənməsi, barama istehsalı üçün tut ağaclarına aqrotexniki qulluq edilməsi, yeni tinglərin əkilməsinə hazırlıq görülməsi və 2019-cu ildə barama istehsalı üçün kümçülərin müəyyən edilməsi və qarşıda duran vəzifələr müzakirə edilib, tapşırıqlar verilib.

Bu gün dövlət siyasətinin ən vacib məsələlərindən olan vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, erkən nikahın qarşısının alınması və nikahsız ailələrin nikah qeydiyyatına cəlb edilməsi də iclasda müzakirə mövzusu olub.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakmiyyəti başçısı Alimpaşa Məmmədov havaların soyuması ilə bağlı yerlərdə tədbirlərin gücləndirilməsi, elektrik enerjisi və əhalinin qaz təchizatı ilə bağlı işçi qrupunun ayıq-sayıq olması, yerlərdə sakinlərin problemlərinin həlli istiqamətində ciddi tapşırıqlar verib.

 

Keçidlər