Şriftin ölçüsü :

Saytın rəngi :

Millət Vəkili Şəmkir gəncləri ilə görüşüb

23 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Milli Məclis deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova Şəmkir gəncləri ilə görüşüb.

Şəmkir Gənclər Mərkəzində keçirilən görüşdə millət vəkili ilə yanaşı Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbirdə çıxış edən Sahibə Qafarova bildirib ki, biz gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxdığımız gənclərimizlə qürur duyuruq: “Şəmkir Gəncləri də fəallığı ilə seçilir. Bu gün rayonda gənclərə verilən dəstək həqiqətən də təqdirəlayiqdir”.

Gənclərin problemləri, təklifləri ilə maraqlanan millət vəkili görüşdə ölkədə gənclərlə aparılan işlərdən də ətraflı bəhs edib. Qeyd edib ki, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gənclərin indi əsas vəzifəsi bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişaflarını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır.

Şəmkirdə gənclərin fəallığını təmin etmək, onların öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün böyük imkanlar yaradıldığını qeyd edən millət vəkili rayonda keçirilən tədbirlərdə fəallıqları ilə seçilən gənclərin iştirak etdiyini vurğulayıb.

Daha sonra Şəmkirdə fəaliyyət göstərən gənclər "Böyük Yol" Gənclərin İctimai Birliyinin sədri Kənan İbrahimov və birliyin tərkibindəki gənclərdən ibarət təşkilatların sədrləri "Gənc Tərbiyyəçilər Birliyi"nin, "Gənc Həkimlər Birliyi"nin və "Gənc Müəllimlər Birliyi"nin fəaliyyət istiqamətlərindən danışıblar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən gənclər məmnun qaldıqlarını bildiriblər.

Sonda Millət Vəkili Sahibə Qafarova Gənclər Mərkəzində yaradılan şəraitlə tanış olub.

Keçidlər