Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİ SAHİBKARLARINDAN DAHA BİR ÖRNƏK ADDIM

05 noyabr 2018 | 16:00

Ən gözəl insani keyfiyyətlərdən biri xeyirxahlıqdır.
Bu gün rayonumuzda xeyirxahlıqla məşğul olan saysız-hesabsız sahibkarlarımız, iş adamlarımız var.

Onlar heçvaxt rayonda yaşayan aztəminatlı ailələrə köməkliklərini əsirgəmir, bu ənənəni gələcək nəsillərə ötürürlər.

Bildiyiniz kimi bir qrup Şəmkir şəhərindən olan iş adamları rayon ərazisində yaşayan aztəminatlı ailələrə yardım edir, onların ərzaq və geyimlə təmin olunmasında dəstək göstəriblər. Həmin sahibkarlar bu gün də nəcib əməllərinə davam edirlər.

Belə ki, onlar Şəmkir Kommunal Müəssisələr Kombinatının işçilərinə ət və digər ərzaq malları ilə köməlik ediblər.
Onu da bildirək ki, bu sahibkarlar qrupu bu xoş niyyəti Şəmkirdə artıq ənənəyə çeviriblər.

Keçidlər