Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ QARA QARAYEVİN 100 İLLİK YUBLEYİ QEYD OLUNUB

29 oktyabr 2018 | 16:00

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasından 100 il ötür. Şərq ənənələri və Qərb koloritini ustalıqla sintez edən Qara Qarayevin yaradıcılığı Şəmkirdə də təntənəli qeyd edilib.

Şəmkir Regional Mədəniyyət İdarəsi, Bakı Musiqi Akademiyasının təşəbbüsü, Şəmkir Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə konsert keçirilib.

Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədovun da iştirak etdiyi yubley konsertində iştirakçılar qədim musiqi aləti olan orqanda musiqiçilərin maraqlı ifalarını dinləyiblər.

Professor R.Babayeva, baş müəllim S.Bəylərbəyovanın, Bakı Musiqi Akademiyasının məzunu,beynəlxalq müsabiqənin laureyatı N.Məmmədovanın, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, G.Muradovanın və gənc ifaçı S.Əsədullayevanın çıxışları yubley gecəsində alqışlarla qarşılanıb.

Tədbirin sonunda ifaçılara Şəmkir Rayon İcra Hakmiyyəti tərəfindən gül buketləri təqdim edilib.

Keçidlər