Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİ SAHİBKARLARDAN ÖRNƏK ADDIM

04 sentyabr 2018 | 16:00

Ən gözəl insani keyfiyyətlərdən biri xeyirxahlıqdır. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Bir sözlə xeyirxahlıq insanlığı, ülvi hissləri göstərən başlıca amillərdən biridir.

Nə yaxşı ki, bu gün Şəmkirdə də bu ənənə yetərincə və layiqincə yerinə yetirilir. Rayonumuzda xeyirxahlıqla məşğul olan saysız-hesabsız sahibkarlarımız, iş adamlarımız var.

Onlar heçvaxt rayonda yaşayan aztəminatlı ailələrə köməkliklərini əsirgəmir, bəzən yeni yollar salır və bu ənənəni gələcək nəsillərə ötürürlər.

Bu günlərdə bir qrup Şəmkir şəhərindən olan iş adamları növbəti xeyirxah addımla yadda qaldılar.

Belə ki, onlar rayonun Zəyəm Cırdaxan kəndindən olan bir aztəminatlı ailənin 3 övladını məktəbli forması, çanta, kitab-dəftər və ərzaqla təmin ediblər və bu ənənəni hər ay davam etdirirlər.

Keçidlər