Şriftin ölçüsü :

Saytın rəngi :

"BÖYÜK YOL" Gənclərin İctimai Birliyi ŞƏMKİR GƏNCLƏR MƏRKƏZİNDƏ fəaliyyət göstərəcək

03 sentyabr 2018 | 16:00

Bu gün Şəmkir rayonunda digər sahələrə olduğu kimi, gənclərlə bağlı layihələrə də xüsusi diqqət yetirilir, gənclərin potensialından səmərəli istifadə olunur.

Bunun nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.
Rayonda müxtəlif sosialyönümlü layihələrə xüsusi diqqət ayıran Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov gənclərə də qayğı göstərir, onlarla bağlı bütün məsələlərə həssaslıqla yanaşır. Çünki tarixə nəzər salsaq Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev siyasətinin hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rayon gənclərinə ərmağan etdiyi müasir görünüşlü Şəmkir Gənclər Mərkəzinə, Bayraq Meydanına baxış keçirib.

İcra başçısı artıq bir neçə ildir fəaliyyət göstərən mərkəzdə bütün çatışmazlıqların arada qaldırılması, lazım olan yerlərdə əsaslı təmir-bərpa işlərinin aparılması üçün aidiyyəti qurumlara tapşırıqlar verib.

Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov fəaliyyətini Şəmkir Gənclər Mərkəzində davam etdirəcək “Böyük Yol” Gənclərin İctimai Birliyinin üzvləri ilə də görüşüb və onlara uğurlar arzulayıb: “Bu bina Cənab Prezident İlham Əliyevin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şəmkir gəncliyinə hədiyyəsidir. Siz buradan bütün rayon gənclərinin faydalana biləcəyi, onların həyatında xoş izlər buraxacağı bir tərzdə istifadə etməlisiniz. Gənclər Mərkəzi bütün Şəmkir gənclərinin doğma məkanı olmalıdır”.

Yeni binada Şəmkir gəncləri üçün faydalı işlər görəcəklərini qeyd edən “Böyük Yol” kollektivi gənclər adından ölkə başçısı Cənab İlham Əliyevə və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bu günə qədər Şəmkir Gənclər Mərkəzində “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi kimi fəaliyyət göstərib. Artıq Şəmkir Gənclər Mərkəzi “Böyük Yol” Gənclərin İctimai Birliyinin ixtiyarında olacaq.

Keçidlər