Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH-DƏ YENİ TƏYİNAT - RAYON GƏNCLƏRİNİN UĞURLARI

29 avqust 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Əliyev Tural Məhərrəm oğludur.

04 noyabr 1981-ci ildə Şəmkir rayon Dəllər-Cəyir kəndində dünyaya gələn Tural Əliyev Azərbaycan Texnalogiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini bitirib.

Ailəlidir, 2 övladı var.

Əliyev Tural Məhərrəm oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında baş mütəxəssis vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Tural Əliyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq! 

Keçidlər