Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİR BİZƏ CANIMIZ QƏDƏR ƏZİZDİR" - ALİMPAŞA MƏMMƏDOV

03 avqust 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir.

Şəmkir RİH başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətində keçirilən qəbullar da əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük önəm daşıyır.

Çünki Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir. Bu gün Şəmkirdə sakinlərin arzu və istəklərinə, qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir.
Bu gün də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun qəbulunda 87 nəfər rayon sakininin müraciəti dinlənilib, problemlərin həlli istiqamətində tədbirlər görülüb. Adiyyəti qurumlara tapşırıqlar verilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi, maddi yardım istəməsi və digər məsələlər barədə olub.

Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verdi: "Bizim qapımız hər zaman Şəmkir sakinlərinə açıqdır. Bizim vəzifə öhdəliyimiz onların problemlərini həll etmək, onlar üçün lazımi şəraiti yaratmaqdır. Çünki bu Cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu ən birinci vəzifədir".
İcra başçısı qəbulda rayon sakinlərinə Şəmkir və şəmkirlilərə olan sonsuz sevgisindən də danışıb: “Bu gün sizi narahat edən məsələlər bizi daha çox işləməyə, çalışmağa məcbur edir. Çünki hər birimiz Şəmkiri çox sevirik. Hər bir şəmkirli bilsin ki, bu rayon bizə canımız qədər əzizdir”.

Ona da qeyd edək ki, qəbulda bır sıra məslələr elə yerindəcə həllini tapıb. Digər qaldırılan problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Vətəndaşlar Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və səmimi qəbula görə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.

Keçidlər