Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD-LƏRLƏ İCLAS KEÇİRİLDİ, İCRA BAŞÇISI CİDDİ TAPŞIRIQLAR VERDİ

05 iyul 2018 | 16:00

Bu gün Şəmkir rayonunun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Görüşdə giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayaraq rayonun sosial-iqtisadi, mədəni və digər sahələrində əldə edilən uğurlardan danışıb.

Rayon İcra Hakimiyyətinin başçısı sədirliyi ilə keçirilən müşavirədə iclasın gündəliyinə daxil edilən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə təsarrüfatbaşına kitabların electron qaydada işlənməsi, barama istehsalının yekunu və qarşıda duran vəzifələr müzakirə edilib, tapşırıqlar verilib. Bu gün dövlət siyasətinin ən vacib məsələlərindən olan vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması da iclasda müzakirə mövzusu olub.

Eyni zamanda Şəmkir rayonu ərazisində taxıl biçinin vəziyyəti, ərazilərdə yanğın təhlükəsizliyi, əhalinin içməli və suvarma suyu ilə təmin edilməsi iclasın gündəliyində ən vacib məsələlərdən hesab olunub.

Həmçinin iclasda Şəmkir əhalisinin sosial şəbəkələrdə dövlət siyasətinin təbliğində aktivliyin artırılması, problemləri barədə sosial şəbəkələr vasitəsi ilə şəxsən Şəmkir rayon İcra Hakimiyyətinin başçısına və RİH-in rəsmi facebook səhifəsinə məlumatların verilməsi üçün vətəndaşlara istiqamət verilməsi məsələləri haqqında danışılıb.

Daha sonra Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat sisteminin işlənilməsi, statistika idarəsinə statistik məlumatların vaxtında verilməsi, boş torpaq sahələrinin istifadə olunması, baramaçılığın inkişafı məqsədilə çəkil ağaclarının yetişdirilməsi barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakmiyyəti başçısı Alimpaşa Məmmədov havaların isti keçməsi ilə bağlı yerlərdə tədbirlərin gücləndirilməsi, elektrik enerjisində yaranmış fasilə ilə bağlı işçi qrupunun ayıq-sayıq olması, yerlərdə sakinlərin problemlərinin həlli istiqamətində ciddi tapşırıqlar verib.

Keçidlər