Şriftin ölçüsü :

Saytın rəngi :

"PREZİDENTİMİZİN SEVGİSİNİ SİZİN BİZƏ VERDİYİNİZ DƏYƏR SAYƏSİNDƏ HİSS EDİRİK" - MAHMUDLU SAKİNLƏRİ

04 iyul 2018 | 16:00

Xəbər verdiyimiz kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun tez-tez rayonun qəsəbə və kəndlərində səyyar qəbul-görüşləri keçirilir, insanları narahat edən problemlər yerindəcə öyrənilir.

Şəmkirin bütün kəndlərini qarış-qarış gəzib, insanlarla yaxın ünsiyyətdə olan rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların rahatlığının təmin olunması bu gün ən vacib məsələlərdən hesab olunur.

İyulun 4-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun daha bir səyyar qəbul-görüşü Mahmudlu kəndində baş tutdu.
Mahmudlu sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov əvvəlcə respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

Respublikamızın regionlarının inkişafına xüsusi toxunan rayon İcra Hakmiyyətinin başçısı hazırda Şəmkirin də bu istiqamətdə ölkəmizdə xüsusi çəkisi olduğunu vurğulayıb: “Siz əmin olun ki, rayonumuzdakı bu inkişafın fədakarları siz şəmkirlilərsiniz. Sizin zəhmətinizin nəticəsidir ki, bu gün Şəmkir ölkəmizin ən inkişaf etmiş regionlarından birinə çevirilib”.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib.

Mahmudlu kənd ağsaqqalı Tağıyev Əli Nağı oğlu çıxış edərək kənd sakinləri adından səmimi qəbula görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirib. Kənd ağsaqqalı qeyd edib ki, bu gün Şəmkirin hər yerində olduğu kimi Mahmudlu kəndində də vətəndaşlara verilən qiyməti ağsaqqallar yüksək qiymətləndirir: “Elə sizin bizlərə olan sevginizdir ki, dövlətimizə olan inamımızı min dəfə artırır. Biz Cənab Prezidentimiz İlham Əliyevi çox sevirik və onun da sevgisini sizin verdiyiniz dəyər sayəsində hiss edirik. Biz ilk dəfədir ki, vətəndaşlarla belə səmimi rəftar edən, vətandaşın dərdinə belə yanaraq dinləyən rəhbər görürük.”

Daha sonra problemlərdən danışan digər sakinlər Mahmudlu kəndində yeni məktəb binasının əsaslı təmiri, qazxətlərinin yenilənməsi və təziqin nizama salınması, kəndaxili yolların təmir edilməsinə köməklik göstərilməsini xahiş etdilər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər