Şriftin ölçüsü :

Saytın rəngi :

Xəqani İbrahimli küçəsinə yeni asfalt örtüyü çəkildi, E. Allahverdiyev və Ş. Qurbanov küçələri cari təmir olundu

23 fevral 2026 | 15:15

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihə çərçivəsində şəhərimizin küçələrində asfalt-beton örtüyünün salınması və cari təmir işlərinin növbəti mərhələsi artıq yekunlaşıb.
Texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində bu dəfə Xəqani İbrahimli küçəsi yenidən quruldu, Elşən Allahverdiyev və Şıxəli Qurbanov küçələrində isə cari təmiri işləri başa çatdırılaraq sakinlərimizin istifadəsinə verildi.
Yeni asfalt örtüyü salınan küçələrə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkildi.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.
Onu da qeyd edək ki, rayonda görülən abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri gələcəkdə də davam etdiriləcək.

Keçidlər