Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənddə Şəmkir MİS-in balansında olan 2 yaşayış binasının dam örtüyü əsaslı təmir olundu

09 sentyabr 2025 | 16:29

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən növbəti layihənin icrası yekunlaşıb.
Belə ki, rayonun Təzəkənd kəndində yerləşən, Şəmkir Mənzil İstismar Kontorunun balansında olan 2 yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.
Kəndin Rüstəm Məmmədov küçəsi 2 və 9 ünvanlarında yerləşən iki mərtəbəli binalarda aparılan işlər çərçivəsində yararsız dam örtükləri, həmçinin onların taxta konstruksiyaları sökülərək yeni və dayanıqlı kirəmit dam örtükləri ilə əvəz olunub, yağış sularının axıdılması üçün binalarda metal su axıdıcı sistemlər qurulub, eyni zamanda dam örtüklərinin taxta konstruksiyalarının yanğından mühafizəsini təmin etmək məqsədilə oda davamlı məhlul çəkilib.
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanıb.

Keçidlər