Şriftin ölçüsü :

Saytın rəngi :

Şiştəpə kəndinə yeni su xətti çəkilir

25 may 2023 | 15:00
Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində bu gün Şəmkir rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir.
İstər rayonumuzda aparılan abadlıq quruculuq işləri, istərsə də yaşayış massivlərinin qazlaşdırılması, suvarma və içməli suya olan təlabatın ödənilməsi üçün həyata keçirilən layihələr, bir sözlə sakinlərimizin sosial probelemlərinin həlli istiqamətində atılan addımlar cənab prezidentin rayonumuza olan diqqətinin bariz nümunəsidir.
Bu işlərin bir parçası olaraq hazırda rayonumuzun Şiştəpə kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni su xətti çəkilir.
7000 yaxın əhalisi olan kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” layihə hazırlayıb. Layihə çərçivəsində kəndə 10300 metr uzunluğunda D=159 mm-lik metal borularla magistral xətt, 3050 metr uzunluğunda isə müxtəlif diametrli polietilen borularla su xətləri çəkilir.
Eyni zamanda ümumi sahəsi 90 kvadratmetr olan nasosxana və iki ədəd 350 kubmetrlik anbar tikilir.
Hazırda su xəttlərinin çəkilişi, nasosxana və anbarın tikilişi yekunlaşmaq üzrədir, işlər sürətlə davam etdirilir.
İşlər tam başa çatdıqdan sonra Şiştəpə kəndində 1345 ailə mərkəzləşdirilmiş qaydada içməli su alacaq.
Qeyd edək ki, kəndində əhalini narahat edən problemlərdən biri də içməli su ilə bağlı olub. İşlər tam başa çatdıqdan sonra kəndin bütün ərazisində içməli su şəbəkəsi yaradılacaq və uzun illərdir sakinləri narahat edən problem tamamilə aradan qaldırılacaq.
Keçidlər