Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərinin H.Cavid küçəsində cari təmir işləri aparılır, yeni səki inşa edilir

13 iyun 2023 | 17:30

Bu gün Şəmkir rayonunda infrastruktur və sosial layihələrin icrası mərhələli şəkildə uğurla həyata keçirilir.
Bu işlərin bir parçası olaraq hazırda Şəmkir şəhərinin Hüseyn Cavid küçəsində abadlıq-quruculuq işləri görülür, problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Belə ki, rayonumuzun ən böyük təhsil müəssisələrindən olan Cahangir Rüstəmov məktəbinin yerləşdiyi həmin küçədə sakinlərimizin təhlükəsizliyini təmin etmək üçün səki salınır, küçənin asfalt örtüyünün yararsız hala düşmüş hissələrində təmir-bərpa işləri aparılır.
Qeyd edək ki, bundan öncə sakinlərin, xüsusilə də məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə H.Cavid küçəsinin N.Nərimanov küçəsi ilə kəsişməsində işıqfor quraşdırılmış, piyada keçidi qoyulmuşdu.
Məlumat üçün bildiririk ki, rayonumuzda görülən abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri işləri davam etdiriləcək, Şəmkir şəhərinin bütün küçələri mərhələli şəkildə müasir standartlara uyğun qurulacaq.

Keçidlər