Şəmkir şəhərinin 4-cü küçəsində təmir-tikinti işləri başa çatıb. 8-ci, 9-cu və 10-cu küçələrdə isə yenidənqurma işlərinə başlanılıb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda genişmiqyaslı təmir-tikinti və abadlıq işləri 2025-ci ildə də uğurla davam etdirilir.
Şəmkir şəhərində aparılan təmir işlərinin birinci mərhələsi artıq başa çatıb.
Görülən işlər çərçivəsində şəhərimizin Səməd Vurğun, Həzi Aslanov, Mirzə Ələkbər Sabir və Nizami Gəncəvi küçələrində 225 ünvanda yararsız dam örtükləri yeniləri ilə əvəz olunub. Həmçinin həmin küçələrdə fərdi yaşayış evlərinin fasadları və hasarları, qapıları, küçələrdəki oturacaqlar bərpa olunub və rənglənib.
Eyni zamanda tarixi alman evlərinin taxta məhəccərləri, pəncərələri və digər elementləri orijinal üslubda bərpa olunub.
Məlumat üçün bildirək ki, rayonumuzda aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir. Belə ki, hazırda Cahangir Əliyev (8-ci küçənin davamı), Tofiq İsmayılov( 9-cu küçə), İsmət Qayıbov (10-cu küçə), Rəşad Yusibov (Maşallah Marketin qarşısından 16-cı küçəyə qədər olan hissə) küçələri, eləcə də Səməd Vurğun küçəsinin işıqfordan Yasamal aşırımlarına kimi olan hissəsi abadlaşdırılır.






