Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində Şəmkir MİS-in balansında olan fərdi yaşayış evlərinin dam örtükləri yenilənib.

19 iyul 2023 | 15:33
Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində bu gün Şəmkir rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir.
Rayonumuzun abad və gözəl görünüşə malik olması üçün bu sahədə görülən işlərin davamı olaraq Şəmkir şəhərində Şəmkir Mənzil İstismar Sahəsinin balansında olan bir neçə fərdi yaşayış evlərinin dam örtükləri yeniləndi və görülən işlər hazırda da davam etdirilir.
Sakinlərin istək və arzularını nəzərə alaraq köhnə dam örtükləri sökülərək, sıradan çıxan hissələri dəyişdirildi, damda suyun axıdılması üçün maillik quruldu və yeni örtük qatı çəkildi.
Məlumat üçün bildiririk ki, bu proses Şəmkir rayonunda fəal surətdə həyata keçirilir. Buna qədər isə Kür qəsəbəsində, Dəllər qəsəbəsində çoxmənzilli yaşayış evlərinin, Sarıtəpə kəndində isə fərdi yaşayış evlərinin də dam örtükləri yenilənərək sakinlərimizin istifadəsinə verilib.
Onu da qeyd edək ki, mərhələli şəkildə MİS-lərin balansında fərdi yaşayış evlərinin dam örtüklərinin tam yekunlaşdırılması planlaşdırılır.
Keçidlər